Ax-2 kosmik gəmisi Beynəlxalq Kosmik Stansiyadan qayıdıb

ABŞ-ın "Axiom Space" kosmik şirkətinin Səudiyyə Ərəbistanından olan astronavtların da olduğu ikinci kommersiya kosmik gəmisi Ax-2 Beynəlxalq Kosmik Stansiyadan qayıdıb.

Aznews.az xəbər verir ki, səfəri “Ax-2” adı ilə tamamlayan 4 nəfərlik komanda 12 saatlıq yoldan sonra ABŞ-ın Florida ştatına enib.

Ax-2 ekspedisiyasında xüsusi astronavt qismində NASA-nın veteran astronavtı Peggy Whitson (kapitan) və Tennessili iş adamı Con Şofner (pilot), həmçinin Səudiyyə Ərəbistanından döş xərçəngi tədqiqatçısı Rayyane Bernavi və Səudiyyə qırıcı pilotu Əli Karni iştirak ediblər.

“Axiom Space” şirkətinin ikinci kommersiya uçuşunda olan Bernavi kosmosa çıxan ilk Səudiyyə Ərəbistanı qadını olub.

Təxminən 8 gün davam edən Ax-2 ekspedisiyası zamanı Bernavi və Karni kosmik stansiyanın mikroqravitasiya mühitinə uyğun olaraq kök hüceyrə araşdırması aparıblar.

Kosmik stansiyada olan tədqiqatçıların kosmos stansiyasındakı laboratoriyanın cazibə qüvvəsinin olmaması səbəbindən elmi işlərində daha yaxşı nəticələr verdiyi, Bernavi və Karni cütlüyünün isə ümumilikdə 20 araşdırma və elmi layihə üzərində çalışdıqları bildirilib.

Mövsüm