Saxta günəş eynəklərindən özünüzü qoruyun - DİQQƏT

Günəş eynəkləri yay aylarının vazkeçilməz aksessuarları kimi önə çıxsa da, mütəxəssislər saxta eynəklərin göz sağlamlığı üçün böyük təhlükə yaratdığına diqqət çəkirlər.

Aznews.az Türkiyə mediasına istinadən xəbər verir ki, oftalmologiya mütəxəssisi, həkim Gökhan Arslan bu barədə deyib:

- Günəşə baxmağı qətiyyən məsləhət görmürük, bunun zərərli təsirləri var. Katarakta əmələ gəlməsini sürətləndirir, gözün konyunktiva dediyimiz ağ hissəsindəki göz almacığında ptergium (göz əti) xəstəliyi yarada və göz önündə sarı qabarcıqlar əmələ gətirə bilər. Hər tünd rəngli şüşə qoruyucu deyil, onun növləri var ki, bu zaman ultrabənövşəyi şüalardan qorunma səviyyəsinə önəm vermək məqsədəuyğundur. Mütləq gün eynəyi taxmalıyıq deyib, onları küçə satıcısından almaq məsləhət deyil.

Gözləri günəş şüalarının zərərli təsirlərindən qoruyan materiallardan hazırlanmış eynəklərə üstünlük verilməli olduğunu söyləyən həkim saxta gün eynəyi seçimi nəticəsində çox ciddi sağlamlıq problemlərinin yarana biləcəyinə diqqət çəkib. Eynək alarkən nəzərə alınması lazım olan məqamları diqqətə çatdıran mütəxəssis optik mağazalardan keyfiyyətli eynəklər tələb etməyi və ultrabənövşəyi şüalardan daha yaxşı qoruyan eynəklərə üstünlük verməyi tövsiyə edib. O, günəşə baxmağın həmçinin allergiya əlamətlərinin artması kimi vəziyyətlər də yarada biləcəyini söyləyib. Onun sözlərinə görə, buna görə də yay mövsümündə papaq taxmalıyıq, çünki allergiya mövsümündəyik. "Hovuzlara girməyə başlayacağıq, suyun təmiz olmasına diqqət edək, konyuktivit, adenovirüs epidemiyası ola bilər. Təbii ki, uşaqlara daha çox diqqət yetirməliyik, böyüklərdə konyunktivitin müalicəsi daha asan baş verir. Amma uşaqlarda bu sistematik xəstəliklər yarada bilir. Buna görə də daha diqqətli olmalıyıq. Günəş eynəyi alarkən qəhvəyi və qara rəngə üstünlük verək. Polarizasiyalı eynəklər isə sürücülərə tövsiyə edilir. Bu eynəklər kapotdan və şüşədən əks olunan şüaların qarşısını alır".

Nuray

AzNews.az