Təbiətdəki ən güclü insulin qaynağı - Qəbul etsəniz şəkər və infarkt riskiniz qalmayacaq

Araşdırmalara görə, əncir ağacı yarpağının ekstraktı qanda qlükozanın səviyyəsini aşağı salır. Diabet xəstələrinin insulin terapiyası zamanı dozanın miqdarını azaltdıqları müəyyən edilib. Beləliklə, onlar yüksək şəkərə nəzarət edə biliblər. Əncir yarpağı həm də dərmanların yan təsirlərini azaldır. O, həmçinin qanda şəkərin səviyyəsini tarazlaşdırır.

Tibbi nöqteyi-nəzərdən insulin qanda şəkərin səviyyəsini tarazlaşdırmaq üçün istifadə olunur. Alternativ olaraq insulindən istifadə etmədən təbii üsullarla sağlamlığınızı bərpa edə bilərsiniz.Bu təbii üsul kimyəvi məhsullardan istifadə etmədən şəkər xəstəliyinə qalib gəlməyinizə kömək edə bilər. Əncir yarpağı qan şəkərini tənzimləyərək şəkər xəstəliyinin müalicəsində fəal şəkildə istifadə olunur.

Əncir ağacının yarpağı meyvəsi ilə yanaşı faydalı qida mənbəyidir. Süni insulin əvəzinə təbii insulin qaynağı olan əncir yarpağını seçərək təbii üsuldan istifadə etmiş olursunuz.

ƏNCİR YAPRAĞI DƏMLƏMƏSİ

Yarım litr suya 3 əncir yarpağı atın. 15 dəqiqə qaynadın.1 ay su istəyiniz olanda bu çayı içdiyiniz zaman fərqi görəcəksiniz.

Aznews.az xarici mediaya istinadən ƏNCİRİN VƏ YAPRAQLARININ DİGƏR FAYDALARINI təqdim edir:

Əncir yarpağını çeynəyin və yaranan suyu udun. Əgər xora probleminiz varsa, müalicəvi təsir göstərəcək.
Bu meyvə müntəzəm qəbul edildikdə bədəndəki trigliseridlərin miqdarını azaldır, beləliklə infarkt və piylənmə riskini minimuma endirir.

Əncir meyvəsi liflə zəngin olduğu üçün həzm sisteminin tənzimlənməsində mühüm rol oynayır. Piylənmə və çəki problemi olanlar üçün əla qida mənbəyidir. Qəbizliyin qarşısını almaq üçün istifadə edilə bilər.

Bronxit və ya astma xəstəliyiniz varsa, əncirdən müalicə üsulu kimi istifadə edin. Tərkibində kalium və digər minerallar qan təzyiqini tənzimləyir ki, bu da hipertoniya problemi olanlar üçün əla qida mənbəyidir.

Tərkibindəki kalsium zəif sümüklərə güc verəcəkdir. Qadınlarda klimaks zamanı qəbul edilməli olan meyvələr arasındadır. Bədəndən bəlğəmin çıxarılmasını təmin edir.

Ağciyərləri təmizləyir

Həzm sistemini tənzimlədiyi üçün qəbizlik probleminin qarşısını alır.
Müntəzəm olaraq idman edənlərdə oynaqların aşınmasının qarşısını alır.

BÖYRƏK VƏ QARƏYƏRDƏKİ DAŞLARI TƏMİZLƏYİR

2 ənciri əzin və istiot və ya zəncəfil əlavə edin. Bu qarışığı hər gün yeyin.

Nuray

AzNews.az