Qoz suyunun faydaları - Səhərlər acqarına içsəniz...

Səhərlər acqarına qoz suyu içsəniz, təsiri inanılmaz olacaq.
Qozun suya qoyulması ilə əldə edilən qarışığın sağlamlığa faydaları saymaqla bitmir.

Aznews.az Türkiyə mediasına istinadla xəbər verir ki, dietoloq Renkin Özbey qoz suyunun sağlamlıq üçün çox faydalı olduğunu ifadə edərək, “Qarın şişkinliyi və qaz probleminə müsbət təsir edir. Qarını əritmək və arıqlamaq istəyənlər bunu içsələr, hər həftə tərəzidə müsbət nəticələr əldə etdiklərini görə biləcəklər. Xolesterin, qalxanabənzər vəzi, yorğunluq, halsızlıq və əsəbiliyə faydalıdır” deyib.
Amerika Sağlamlıq Departamentinin (FDA) qozun tərkibindəki Omeqa-3 yağlarının həm arıqlamaq, həm də beyin sistemi üçün faydalı olduğunu rəsmən qəbul etdiyini qeyd edən dietoloq “Qoz suyu içmək təkcə arıqlamaq üçün deyil, həm də ümumi bədən sağlamlığı üçün çox faydalıdır. Qozun faydaları arasında bədənin yağ yandırmasını sürətləndirməsidir ki, bu da onun tərkibində zülal ekstraktlarının olması ilə əlaqədardır", - deyə əlavə edib.

Qoz suyu toxluq müddətini uzatmaqla, həddindən artıq aclıq hiss etmədən arıqlamağı təmin edir. Qozu suda saxlamaqla əldə edilmiş su orqanizmə çox fayda verəcək. Sağlam və sürətli kilo itkisinin şahidi olacaqsınız. Bəs bu şəfalı mayeni necə hazırlayaq? Çox asandır!

Gecə yatmazdan əvvəl bir stəkan suya bir qoz atın, səhərə qədər suda qalsın. Yuxudan duranda dişlərinizi fırçaladıqdan sonra ac qarnına həmin suyu için və içərisindəki qozu yeyin. Süd verən analar, hamilə qadınlar, şəkərli diabet, qalxanabənzər vəzi xəstələri uyğun çəkiyə çatana qədər hər gün bu suyu hazırlayıb içməlidirlər.

Faydaları: Tərkibindəki proteinlə yağ yandırılmasını sürətləndirir. Omeqa 3 yağları ilə sinir sistemini qoruyur. Qəlyanaltı kimi yeyildikdə sizi tox saxlayır və arıqlamağa kömək edir. Qaraciyəri gücləndirir və hormonları tarazlaşdırır.

Nuray

AzNews.az

image description image description