- Maraq dairəsi
- 19 İyun 2023 13:32
- 15 219
Rəqabət Şurası "Google"a araşdırma başladıb
Rəqabət Şurası "Google"a qarşı bazardakı dominant mövqeyindən sui-istifadə etdiyi iddiası ilə araşdırma başladıb.
AzNews.az xəbər verir ki, bu barədə Rəqabət Şurasının saytında məlumat verilib.
Məlumata görə, Rəqabət Şurası ilkin araşdırma zamanı əldə edilmiş məlumat, sənədlər və nəticələri müzakirə edərək, nəticələri ciddi və yetərli hesab edib.
4054 saylı Qanunun 6-cı maddəsinə zidd olub-olmadığını müəyyən etmək üçün "Alphabet Inc.", "Google MMC", "Google International LLC", "Google Ireland Limited" və "Google Advertising and Marketing Ltd. Şti."nin iqtisadi bütövlüyünə dair istintaq açılacaq.
Mövsüm