Depressiya nədir?

Depressiya bir xəstəlikdir.

- Depressiya bir zəiflik və ya tənbəllik deyil. Bu düzələ bilən xəstəlikdir. Digər xəstəliklər kimi müalicəsi var. Müalicə ilə böyük ölçüdə sağalır.

- Depressiya zövq ala bilməmək, istəksizlik, qəmgin ruh halı ilə müşahidə olunur.

- Yuxu, iştah problemləri və ya halsızlıq ola bilər.

- Bədbinlik, özünəinamın itməsi, diqqət və konsentrasiya azlığı yarana bilər. Narahatlıq ola bilər. İnsan yaşamaq istəməyə bilər. Bunların hamısı depressiya əlamətləridir.

- Xəstəlik düzələndə bu əlamətlər də yoxa çıxır.

Antidepressant dərmanlar haqqında bilməli olduqlarımız

- Antidepressantlar istifadə edildiyi müddətdə asılılıq yaratmaz, təsiri gedərək azalmaz. Bu səbəblə uzun müddət istifadə edilə bilər.

- Antidepressant dərmanlar təsirlərini 4-6 həftədə göstərir. Bu səbəblə həqiqətən fayda görmək üçün bu müddəti gözləmək lazımdır.

- İstifadəyə başladıqdan sonrakı ilk 15 gün ərzində bir az narahatlıq və ya depresiya əlamətlərində artım ola bilər. Ancaq daha sonra sadalanan mənfi təsirlər yoxa çıxmağa başlayar. Bu səbəblə ilk vaxtlarda yarana biləcək əks təsirlərə əsaslanmaq vacibdir.

Depresiyadan xilas olmaq üçün nələr etmək lazımdır?

Fiziki aktivliyi artırın

Fiziki aktivliyin artması depressiyada sağalma sürətini artıran təsir vasitəsidir.

- İdman edin, edirsinizsə, daha çox idman fəaliyyətinə qatılın (Bu fəaliyyətləri yavaş-yavaş artıra bilərsiniz).

- Gündəlik həyatda sadə fiziki hərəkətləri ən az 45 dəqiqə edin.

Yaşayış şəraitinizi dəyişdirin

- Yeməyi zövq almasanız belə sağlamlığınız üçün yeyin.

- Yeməyi vaxtında yeyin, saatını təxirə salmayın.

- Vaxtında yatın. Gündüz yatmayın və çarpayını sadəcə yatmaq üçün istifadə edin.

- Kafein istifadə edirsinizsə, azaldın.

- Alkoqol, psixotrop maddələrdən istifadə edirsinizsə, dayandırın.

- Şəxsi baxımınıza davamlı vaxt ayırın.

- Səhər oyanmaq üçün səbəblər yaradın. (Məsələn məktəb, iş, xəbərləri izləmək və s.)

Sosial əlaqələrinizi inkişaf etdirin

Depressiyada sosial geriçəkilmə müşahidə oluna bilər. Sosial geriçəkilmə depressiyanın şiddətini artıra bilər və davamlı olmasına şərait yarada bilər. Bu səbəblə sosial əlaqələrin artması, depressiyanın sağalmasını sürətləndirər.

- Digər insanlarla olan əlaqələrinizi artırın.

- Sosial fəaliyyətlərə qoşulun.

- Ailənizlə davamlı görüşürsünüzsə, fərqli insanlarla da görüşün.

- Dostlarınızla qrup halında görüşün.

Həzz vəd edən fəaliyyətləri artırın

- Bu müddətdə normalda iştirak etdiyiniz fəaliyyətlərə qatılmaqdan vaz keçə bilərsiniz.

- Həyatda əvvəllər sevərək etdiyiniz şeylər varsa, onları təkrarlayın.

- Kitab, qəzet oxuyun. Əgər diqqətinizi cəmləməkdə problem yaşayırsınızsa, qəzet oxuya bilərsiniz.

- Dini inanclarınız varsa, din xadimi ilə görüşün.

Depressiya ilə alkoqol və uyuşdurucu maddə istifadəsi arasındakı əlaqə aşağıdakı kimidir:

- Depressiya alkoqol-maddə istifadəsini artırar (Şəxs rahatlaşmaq üçün içər və ya depresiya səbəbilə özünə nəzarəti azalar, buna görə də adı çəkilənlərdən istifadəyə nəzarət edə bilməz)

- Alkoqol-maddə istifadəsi depressiyanı artırar (Bəzi maddələr əvvəllər depressiyaya yaxşı təsir etsə də, zamanla depressiyanı tətikləyər və istifadə edilən dərmanların təsirini azaldar)

Pərvanə