NASA kosmosdan qızıl gətirmək istəyir

Oktyabr ayında NASA üzərində qiymətli metallar olan "16 Pysche" üçün missiya həyata keçirəcək.

Mars və Yupiter arasında yerləşən və Günəş ətrafında fırlanan meteoritin üzərində 10 katrilyon dollar dəyərində dəmir, nikel və qızıl olduğu təxmin edilir.

Planetimizdən 4 milyard kilometr uzaqda olan meteoritdəki mədənlərin strukturunu araşdırmaq və onun Yerin mərkəzindəki metallarla oxşarlıqlarını müəyyən etmək üçün oktyabrın 5-də keçiriləcək buraxılışda "SpaceX-in Falcon Heavy" raketindən istifadə olunacaq.

Mövsüm