Bu, Elon Maskın virtual aləmdə Məsihini yaratmaq istəyidir - İT mütəxəssisi

İlon Mask tvitterin loqosunun tezliklə dəyişdiriləcəyini açıqlayıb. Bu isə sosial şəbəkədə etirazlara səbəb olub. Loqonun dəyişməsi çox istifadəçinin “Twitter”dən imtina etməsini səbəb ola bilər. Bəs həqiqətən tvitter iflasa doğru gedir?

Mövzu ilə bağlı İT mütəxəssisi Elvin Abbasov AzNews.az-a açıqlamasında bildirib ki, ötən il İlon Maks “X”-i yaradacağını bildirmişdi.

“Bunu xəyallarının layihəsi adlandırırdı. Ara-sıra bu barədə məlumatlar da verilirdi. Hər şeyin vahid platformada olacağı haqqında məlumatlar yayılırdı. “X” domeini də artıq mövcuddur. “Twitter” platforması artıq “X”-ə keçib. Tətbiq hələ “X” domeinində deyil. “X” domenini də həmçinin “Twitter”ə açılır. İlon Mask “Twitter” platformasını satin alarkən “X” olacağıq deyə müsahibə vermişdi. “X” eyni zamanda mistik mənaları olan qurtarıcı, yeni Məsih mənasını verir. Bunun mistik tərəfləri dünyada bir çox proqramlarda müzakirələrə çevrilmişdi”.

İT mütəxəssisi onu da bildirib ki, bu platforma Maskın sonuncu hədəfidir.

“Məsələn buna bənzər Çində platforma var. Bu platforma üzərində alış-veriş, söhbət, ödəniş sistemləri bu vahid platforma üzərindən həyata keçirilir.

“X” platforması da eyni ilə bu istiqamətdə hazırlanır. Bəlkə gələcəkdə insanlar orada virtual olaraq gəzəcək, onların orada paltarları və evləri olacaq. Bədənimizdə olan hərəkətlər ora inteqrasiya olunacaq. Sağlamlıq problemlərini oradakı həkimlərlə həll edəcəyik. Bu Elon Maskın virtual aləmdə Məsihini yaratmaq istəyidir”.

Mütəxəssis bunu “Twitter” ə olan təsirindən də danışıb.

“İlon Mask güclü bir şəxsdir. O fantaziyalarını reallaşdıran, heç kəsin cəsarət etmədiyini edən, onu reallaşdıran biridir. Düşünürəm ki, “Twitter” daha da güclənəcək. İlon Mask cəmiyyətdə özünə inam qazanan, sözlərinin üzərində duran bir şəxsiyyət olaraq “Twitter”i daha da gücləndirəcəyinə inanıram”.

Ayan Rzayeva