Bu xəstələr maye qəbuluna diqqət yetirməlidirlər- Türkiyəli professor

Trakya Universiteti professoru Sərvət Altay isti havalarda qeyri-kafi maye qəbulunun hipertoniya və ürək xəstələrində ritm pozğunluğuna, huşunu itirmə kimi hadisələrə səbəb ola biləcəyini bildirib.

Professor yüksək temperaturun insan orqanizminə mənfi təsir etdiyini bildirib.

"Avqust ayında yeni isti dalğasının təsirlərinin görünməyə başlayıb.Normal şəraitdə yay aylarında bəzi xəstələri risk qrupu kimi qəbul edirdik. Ancaq son illərdə mövsümi normaların üstündəki temperatur ölümcül nəticələrə səbəb ola bilər. Xüsusilə ürək və hipertoniya xəstələrinin yay dövründə çox diqqətli olmalıdır”, - deyə o qeyd edib.

Professor həm də risk qrupunda olan xəstələrin həddindən artıq istilərin olduğu günlərdə mümkün olduqca çölə çıxmamalı olduğunu vurğulayıb.

“Bu qrupdakı xəstələr maye qəbuluna diqqət yetirməlidirlər. Maye itkiləri bu xəstələrdə aşağı təzyiqə və ürək çatışmazlığının irəliləməsinə səbəb olur. Bu, huşunu itirmə, artemiya və bir çox problemə səbəb ola bilər. Buna görə də suyu düzgün və qaydasında qəbul etməlidirlər. Dərmanları vaxtında istifadə etməli, uzunmüddətli məzuniyyətə gedəcəklərsə, müayinə üçün həkimlərinə getməlidirlər”.

Ayan