Gözlənilən xüsusiyyət WhatsApp Web-ə gəlir! Mesajlar indi gizlənə bilər

Dünyanın ən çox seçilən ani mesajlaşma proqramı olan WhatsApp, diqqət çəkən yeni yeniləməyə hazırlaşır.

AzNews.az xəbər verir ki,bu funksiya ilə istifadəçilər məxfiliklərini maksimum dərəcədə artıracaqlar.

Məlum olub ki, proqramın veb-beta versiyasına yeni təhlükəsizlik qatı əlavə olunacaq. Bu yenilik sayəsində iş yerlərində çalışan istifadəçilər rahat olacaqlar.
WhatsApp Web-in beta versiyasında 2.2333.11 kodu ilə aşkar edilən yeni funksiya tətbiqə ekran kilidi gətirir. Funksiya ilə WhatsApp ekranını açarkən parol tələb olunacaq. Şifrə düzgün daxil edilmədikdə WhatsApp ekranı açılmayacaq.

Ayan