Bu simptonlar infarktdan əvvəl xəbərdarlıq əlamətləri ola bilər

İnfarktdan bir gün əvvəl görülən xəbərdarlıq əlamətləri, yeni araşdırmalar tərəfindən kəşf edildi.

AzNews.az xəbər verir ki, yeni bir araşdırma nəticəsində bəlli olub ki, infarkt bir gün əvvəl özünü biruzə verə bilər. ABŞ-ın Los-Anceles şəhərindəki Smidt Ürək İnstitutunda aparılan araşdırmada ürək xəstələrinin 50%-nin infarktdan əvvəl bu əlamətlərin olduğu müəyyən edilib.

Ürək böhranından əvvəl nəfəs darlığı və sinə ağrısı tez-tez olur. Lancet Digital Health-də dərc olunan nəticələr, infarktdan bir gün əvvəl qadınlarda nəfəs darlığı, kişilərdə isə döş qəfəsində ağrılar olduğunu müəyyən etdi.

Həddindən artıq tərləmə və qıcolmaya bənzər simptomlara da tez-tez müşahidə olunur.

Ayan