Məşhur müğənni “İlin adamı” seçildi

Amerikalı müğənni Teylor Svift ABŞ-nin “Time” jurnalının versiyasına görə “İlin adamı” seçilib.

Bu barədə TASS məlumat yayıb.

"İlin adam"ı adına ümumilikdə doqquz namizəd irəli sürülüb. Onların arasında Rusiya Prezidenti Vladimir Putin, Böyük Britaniya kralı III Çarlz, “Barbi” filminin baş rol ifaçısı Teylor Svift, ÇXR Sədri Si Cinpin var idi.

“Time” jurnalı 1927-ci ildən bəri hər il “İlin adamı”nı seçir - 2022-ci ildə Ukrayna Prezidenti Volodimir Zelenski, bir il əvvəl isə İlon Mask seçilib. (report)