Avropa İttifaqı "Apple"-ı iki milyard dollar cərimələyib

Avropa Komissiyası "Spotify" musiqi platformasının etirazından sonra "Apple"-ı "App Store tətbiqlərində dominant mövqeyindən sui-istifadə etdiyinə" görə 2 milyard dollar cərimələyib.

Aİ Komissiyasının rəqabət üzrə rəhbəri Marqret Vestager : "Apple on il ərzində Apple Store vasitəsilə musiqi xidmətlərinin paylanmasında bazardakı dominant mövqeyindən sui-istifadə etdi. Onlar bunu tərtibatçıları Apple ekosistemindən kənar daha əlverişli alternativlərlə məhdudlaşdırmaqla etdilər",-deyə qeyd edib.

O, həmçinin "Apple"-ın dəyişikliklərini diqqətlə nəzərdən keçirdiyini və şirkətin martın 7-də qüvvəyə minən Rəqəmsal Bazarlar Aktı kimi tanınan AB-nin yeni texnologiya qaydalarına uyğun olub-olmadığını öyrənmək üçün bazardan gələn rəyləri də nəzərə alacağını söyləyib.

Mövsüm

Aznews.az