- Maraq dairəsi
- 2 Avqust 2024 17:18
- 22 452
Dünyada ilk mexaniki süni ürək transplantasiyası baş tutub
ABŞ-ın Texas ştatında səhiyyə və texnologiya sahəsi üçün tarixi addım atılıb.
Ürək çatışmazlığı olan bir xəstəyə mexaniki qapaq olmadan total süni ürək transplantasiyası aparılıb.
"BiVACOR" tərəfindən hazırlanmış maqnit levitasiya texnologiyasına malik tam mexaniki ürək ilk dəfə insana implantasiya edilib.
Titan materialdan hazırlanmış bu süni ürək sürtünmədən işləyərək daha uzun müddət işləmək potensialına malikdir və saatda 12 litr qan pompalaya bilir.
Ürək, xəstəyə yeni bir ürək implantasiya edilənə qədər ehtiyat olaraq bütün bədənə qan pompalamaq üçün nəzərdə tutulmuşdur.
Ürək transplantasiyası gözləyən xəstə süni ürək quraşdırıldıqdan sonra 8 gün yaşaya bilib və daha sonra uğurlu ürək transplantasiyası həyata keçirilib.
ABŞ Milli Sağlamlıq İnstitutu təxminən 100 min xəstənin bu texnologiyadan faydalana biləcəyini proqnozlaşdırır. Dünyada təxminən 26 milyon insan ürək çatışmazlığı ilə mübarizə aparır və yeni texnologiya bu xəstələr üçün perspektivli bir həll təklif edir.
Mövsüm
AzNews.az