- Maraq dairəsi
- 2 Avqust 2024 21:12
- 23 468
SpaceX orbitə daha 23 Starlink peyki göndərib
Sahibkar iş adamı İlon Maska məxsus kosmik nəqliyyat şirkəti SpaceX orbitə daha 23 Starlink peyki göndərib.
İnternet peykləri daşıyan Falcon-9 raketi yerli vaxtla saat 01.01-də ABŞ-ın Florida ştatındakı Kennedi Kosmik Mərkəzindən uğurla buraxılıb.
Falcon-9-un təkrar istifadə oluna bilən birinci mərhələsinin buraxılışdan 7 dəqiqə sonra Atlantik Okeanında "A Shortfall of Gravitas" adlı platformaya endiyi açıqlanarkən, 23 Starlink peykinin təxminən 64 dəqiqə ərzində aşağı Yer orbitinə yerləşdiyi bildirilib.
Məlumdur ki, Starlink peykləri dünyanın müxtəlif yerlərində internetə çıxışda çətinlik çəkən bölgələrə genişzolaqlı internet xidməti göstərmək üçün hazırlanıb.
Bu yaxınlarda orbitə göndərilən 23 Starlink peykinin SpaceX-in internet təminat qabiliyyətini artıracağı bildirilir.
Mövsüm
AzNews.az