- Maraq dairəsi
- 20:33
- 1 111
Marsdan gələn ən böyük meteorit 5,3 milyon dollara satılıb

Marsdan gələn ən böyük meteorit 5,3 milyon dollara satılıb.
Sotheby's Hərrac Evinin keçirdiyi hərracda 25 kiloqramlıq NWA 16788 meteoritinə son təklif 4,3 milyon dollar, komissiyalar və əlavə ödənişlər daxil olmaqla satış qiyməti isə 5,3 milyon dollara çatıb.
Sotheby's səlahiyyətliləri, parçanın Mars mənşəli olduğunu xüsusi laboratoriya sınaqları ilə təsdiqlədiyini və kimyəvi tərkibinin 1976-cı ildə Marsa enən Vikinq kosmik zondunun araşdırdığı nümunələrlə uyğunlaşdığını bildirilib.
Sotheby's Natural History-nin vitse-prezidenti Kassandra Hatton, 5,3 milyon dollara satılan meteorit haqqında, "Bu parça Marsdan gələn ən böyük meteoritdir və indiyə qədərki ən tam nümunədir. Bu, əvvəlki ən böyük parçadan iki dəfə böyükdür", -deyə qeyd edib.
2023-cü ildə Nigerin Sahara səhrasında bir meteorit ovçusu tərəfindən kəşf edilən qaya nəhəng asteroidin təsiri nəticəsində Marsın səthindən qoparaq Yerə çatmaq üçün təxminən 225 milyon kilometr yol qət edib.
Mütəxəssislər meteoritin asteroidin zərbəsi nəticəsində Marsın səthindən atıldığını, yüksək temperatur və təzyiq nəticəsində onun bəzi hissələrinin şüşəyə çevrildiyini bildiriblər.
Qeyd edilir ki, NWA 16788-in Yer atmosferinə daxil olması zamanı əmələ gələn şüşəli xarici qabıq hələ də bu səyahətin izlərini daşıyır.
Mövsüm,
AzNews.az