- Maraq dairəsi
- 17:34
- 2 047
Bakıda beş ölkədən sirk ustaları çıxış edirlər
Bakı Dövlət Sirki dünyanın müxtəlif ölkələrindən dəvət olunmuş peşəkar sirk ustalarını bir araya gətirib.
Aznews.az xəbər verir ki, sirkdə Çili, Özbəkistan, Rusiya, Belarus və Ukraynanın tanınmış sirk artistləri çıxış edirlər.
Builki "Yeni İl Möcüzələri" adlı proqram çərçivəsində uşaqlar üçün xüsusi sürprizlər, nağıl elementləri və interaktiv səhnələr təqdim olunur. Bundan başqa, bu proqramda heyvan nömrələri, moto-şou, perşlərlə hava nömrələri, jonqlyor şousu, pəhləvan nömrəsi, hava akrobatikası göstərilir.
"Yeni İl Möcüzələri" adlı proqram dekabrın 20-dən gələn il yanvarın 11-nə qədər davam edəcək. Proqrama biletlər "iTicket.az" platforması üzərindən satışdadır.
Aznews.az