- Maraq dairəsi
- 9 Yanvar 19:27
- 5 396
Bütün kişilər qadınların bu sirrini mütləq bilməlidir
Mütəxəssislər hesab edirlər ki, hamilə qadınların piy ehtiyatı nə qədər çox olarsa, uşağın sağ qalmaq və yüksək zəkaya malik olmaq şansı bir o qədər yüksəkdir. Bunun səbəbi, piylərin uşağın inkişafında rol oynayan qida maddələri ilə zəngin olmasıdır.
Həkimlərin fikrincə, ananın ayaqlarında və ombasındakı yağ körpənin beyninin qurulması üçün bir növ depodur. Körpənin sinir sisteminin inkişafı üçün çox miqdarda yağ lazımdır və bu nahiyələrdəki yağ insan beyninin xüsusilə vacib bir komponenti olan dokosaheksaen turşusu ilə zəngindir.
Həkimlər əlavə edirlər ki, qadınların niyə bu qədər piyə sahib olması həmişə sirr olub. Məməlilərdə və primatlarda adətən bədən yağının beş-on faizi olur, lakin Homo sapiens qadınlarında bədən piyi ehtiyatı 31%-ə çata bilər. Görünür, təkamül zamanı təbiət bu yağları "qəsdən" qadınlarda toplayıb və uşağının doğulmasına qədər qoruyub saxlayıb.
AzNews.az