- Maraq dairəsi
- 17:00
- 1 492
Xərçəngə qarşı effektiv mübarizə yolu kəşf edildi
Amerikanın “UTHealth” xəstəxanasından olan tədqiqat qrupu müəyyən edib ki, xərçəng hüceyrələrinin yağlardan (lipidlərdən) qidalanmasının bloklanması onların öz-özünə məhv olmasını sürətləndirə bilir.
Aznews.az xəbər verir ki, tədqiqatın nəticələri “Trends in Cancer” jurnalında dərc olunub.
Tədqiqatçılar lipid mübadiləsi ilə müxtəlif növ karsinomaların inkişafı arasındakı əlaqəyə həsr olunmuş 121 elmi işi təhlil ediblər. Karsinoma dəri və daxili orqanların səthini örtən toxumalarda yaranan xərçəng növüdür.
Meta-analiz göstərib ki, şişlər böyümə və yayılma üçün yağlardan istifadə edir, lakin eyni lipidlər xüsusi hüceyrə məhvi mexanizmini – ferroptozu işə sala bilər.
Ferroptoz hüceyrə membranlarında lipid peroksidlərinin toplanması zamanı yaranır. Normalda onlar orqanizmin həyati fəaliyyəti prosesində əmələ gəlir, lakin həddindən artıq yığıldıqda hüceyrə üçün toksik təsir yaradır.
Kimyaterapiya və ya şüa müalicəsindən fərqli olaraq, ferroptozu hətta müalicəyədavamlı şişlərdə də induksiya etmək mümkündür.
Aznews.az