Tik-Tok istifadəçilərinin nəzərinə: Yeni qadağalar gəlir

TikTok platformasında 13 yaşdan kiçik uşaqlara məxsus hesabları daha yaxşı müəyyən etmək və silmək üçün tənzimləyici təzyiqlə üzləşdiyindən yaxın həftələrdə Avropada yeni yaş aşkarlama texnologiyası tətbiq etməyə başlayacaq.

AzNews.az xəbər verir ki, yeni sistem Avropada bir illik pilot layihənin icrasından sonra quraşdırılacaq.

Hesabın yetkinlik yaşına çatmayan şəxs olub-olmadığını proqnozlaşdırmaq üçün profil məlumatlarını, paylaşılan videoları və davranış siqnallarını təhlil edir.

TikTok-un məlumatına görə, müəyyən edilmiş hesablar avtomatik olaraq qadağan edilməyəcək, mütəxəssis moderatorlar tərəfindən nəzərdən keçiriləcək və sonda uyğun qərar veriləcək.

AzNews.az