- Maraq dairəsi
- 18:43
- 881
Populyar "Akdeniz" pəhrizi nədir?
Bir çox insan artıq çəkili olduğunu düşündüyü üçün pəhriz saxlamağa çalışır. Mövcud pəhrizlər arasında çox müxtəlif siyahılar tapmaq mümkündür. Xüsusilə bu baxımdan faydalı olan bir pəhriz növü var ki, bu da Akdeniz pəhrizi kimi tanınır. Akdeniz pəhrizi nədir, necə tətbiq olunur?
Bu pəhriz haqqında detalları Aznews.az əməkdaşı sizin üçün topladı.
Akdeniz pəhrizi həm çox sağlam, həm də olduqca effektiv bir qidalanma modeli kimi tanınır. İnsanlar bu pəhrizi həvəslə tətbiq edir və nəticədə daha sağlam şəkildə qidalandıqları müşahidə olunur.
Akdeniz pəhrizi nədir?
Akdeniz pəhrizi hər kəsin rahatlıqla və zövqlə tətbiq edə biləcəyi bir qidalanma tərzidir. Bu pəhrizin əsas məqsədi tərəvəz, meyvə, göyərti və balıq kimi qidaların bol istehlakıdır. Yəni bu pəhrizdə əsasən bitki mənşəli məhsullar üstünlük təşkil edir. Eyni zamanda bu qidalar yüngül və cəlbedici olduğu üçün pəhriz daha xoş olur.
Akdeniz pəhrizi necə tətbiq olunur?
Bu pəhrizi tətbiq etmək üçün əvvəlcə düzgün bir qidalanma siyahısı hazırlamaq lazımdır. Siyahı əsasən tərəvəz, meyvə və göyərti üzərində qurulmalıdır. Balığın da siyahıda yer alması daha sağlam nəticə əldə etməyə kömək edir. İstəyən hər kəs bu pəhrizi rahatlıqla tətbiq edə bilər. Hətta bu pəhrizin həyat tərzinə çevrilməsi tövsiyə olunur. Çünki bu qidalanma modelində yer alan bütün məhsullar sağlamdır və uzunmüddətli istifadə üçün uyğundur.
Akdeniz pəhrizi üçün vacib məqamlar
Akdeniz pəhrizini düzgün tətbiq etmək üçün bəzi tövsiyələrə əməl etmək lazımdır:
Gündəlik qidalanmada meyvə və tərəvəz istifadəsinə diqqət edin və bunu hər mövsüm davam etdirin.
Yeməklərdə və salatlarda təbii zeytun yağı istifadə edin, duz qəbulunu isə minimuma endirin.
Qoz, fındıq kimi çərəzləri həftədə 4–5 gün, bir ovuc miqdarında qəbul edin.
Həftədə ən azı 2 dəfə balıq yeyin. Balığı qızartmaq əvəzinə sobada və ya qrildə bişirin.
Göyərtiyə laqeyd yanaşmayın, çünki bu, çox faydalı qida mənbəyidir.
Akdeniz pəhrizi hər kəs tərəfindən asanlıqla tətbiq oluna bilir.
Bu pəhrizdə istifadə olunan məhsulların əlçatan olması da böyük üstünlükdür. Eyni zamanda bu qidalanma tərzinin bir çox insanı daha sağlam həyata yönəltdiyi müşahidə olunur.
Son illərdə bir çox insanın Akdeniz pəhrizini həvəslə tətbiq etməsi onun nə qədər faydalı olduğunu açıq şəkildə göstərir. Bu da sübut edir ki, insanlar bu pəhrizi həm sağlam, həm də praktik olduğu üçün seçirlər.
Nuray, Aznews.az