Ermənistanda Cənubi Qafqaz dəmiryolu əməkdaşları 3 gündür ki, işi dayandırıblar. Ermənistanda Cənubi Qafqaz dəmiryolu əməkdaşları 3 gündür ki, işi dayandırıblar.

Ermənistanda dəmiryolçular tətil elan etdilər

Ermənistanda Cənubi Qafqaz dəmiryolu əməkdaşları 3 gündür ki, işi dayandırıblar.

Çalışdıqları ərazilərdə aksiyalar keçirən dəmiryolçular hələdə tələblərinin yerinə yetirilmədiyini deyirlər.

Aksiya iştirakçıları daha qul kimi çalışmaq istəmirlər. Qeyd edilir ki, iş saatları çox, əmək haqları isə olduqca aşağıdır. Onlardan 13-14 saat çalışmaq tələb olunur. Bunun müqabilində maaşları artırılmaq əvəzinə 15 faiz azaldılıb. Ona görə də dəmiryolçular çıxış yolunu tətildə görüblər. Bunun nəticəsində istər sərnişin, istərsə də yük qatarlarının hərəkəti dayanıb. Dəmiryol idarəsinin yaydığı məlumatda deyilir ki, onlara işçiləri ixtisara salmaq göstərişi verilib. Çünki, maaşların ödənilməsi üçün büdcədə pul yoxdur. Hələlik çıxış yolu kimi əmək haqlarının 15 faiz azaldılması qərara alınıb.

Yerevanın Nor-Nork rayonunda isə qanunsuz tikilərin sökülməsi prosesi zamanı insident yaşanıb. Mer Ayk Marutyanın göstərişi ilə ərazidəki bütün obyektlərin dağıdılmasına başlanılıb. Sahibkarlar şəhər rəhbərinin bu qərarını etirazla qarşılayıblar. Onlar söküntü aparılan binalara daxil olmağa çalışdıqları vaxt polisin təzyiqi ilə qarşılaşıblar. Əmlak sahiblərinin sözlərinə görə, sənədləri qaydasında olduğu halda onlara xəbərdarlıq edilmədən obyektlərini sökməyə başlayıblar. Meriyadan isə hər şeyin qanun çərçivəsində aparıldığı iddia olunur.

Sevan rayonunda da vəziyyət gərgindir. Bir qrup vətəndaş polis binasının qarşısına toplaşaraq aksiya keçirib. Onlar həmyerliləri, 28 yaşlı Ara Muradyanın polis bölməsinə aparılaraq döyülməsinə qarşı çıxırlar. Zərərçəkənin yaxınları deyirlər ki, rayonda bu adi haldır. Güc strukturlarının özbaşınalıqları pik həddə çatıb. Etirazlardan sonra xüsusi xidmət orqanları məsələ ilə bağlı cinayət işi qaldırıblar. Polis bölməsinin əməkdaşları Tatul Gevorkyan və Saak Davityan əvvəlcə həbs olunub, bir neçə saat sonra isə zaminə buraxılıblar. Bu son iki ayda polis idarəsində qeydə alının 11-ci faktdır. Hətta Yerevanda yerləşən bölmələrdən birində yeniyetməni ölümcül döyüblər. Bu faktla bağlı da araşdırma aparılır.(AZƏRTAC)

© AzNews.az