Ermənistanın sabiq baş naziri Karen Karapetyan keçmiş hakim Respublikaçılar Partiyasından istefa verib. Ermənistanın sabiq baş naziri Karen Karapetyan keçmiş hakim Respublikaçılar Partiyasından istefa verib.

Yeddi min nəfər Sarkisyanın partiyasından istefa verdi

Ermənistanın sabiq baş naziri Karen Karapetyan keçmiş hakim Respublikaçılar Partiyasından istefa verib.

Bunu “Qraparak” qəzeti yazıb.

Nəşrin məlumatına görə, eks hökumət başçısı uzun müddətdir siyasi təşkilatın qərargahına ayaq basmır.

K.Karapetyanla birlikdə Ermənistanın qaz təchizatı sahəsinin 7 min işçisi də Respublikaçılar Partiyasından çıxmaq barədə ərizə yazıblar. Onlar K.Karapetyanı hökumət başçısı etmək üçün 2017-ci ildə keçirilən parlament seçkiləri qabağı həmin dövrdə hakim partiyaya üzv olubmuşlar.

Qeyd edək ki, K.Karapetyan hazırda Rusiyanın “Zarubejneft” şirkətinin Direktorlar Şurasının üzvüdür. O, 2016-cı ilin sentyabrından 2018-ci ilin aprelindək Ermənistanın baş naziri olub.(report.az)

© AzNews.az