Ermənistanda baş verən yol qəzası nəticəsində bir hərbçi ölüb, iki nəfər yaralanıb. Ermənistanda baş verən yol qəzası nəticəsində bir hərbçi ölüb, iki nəfər yaralanıb.

Ermənistan ordusu daha bir hərbçisini itirdi

Ermənistanda baş verən yol qəzası nəticəsində bir hərbçi ölüb, iki nəfər yaralanıb.

Məlumatı Ermənistanın Müdafiə Nazirliyi yayıb.

Bildirilib ki, qəza Yerevan-Meğri avtomobil yolunda qeydə alınıb. Karçevan kəndinin sakini X.Gevorkyanın idarə etdiyi “VAZ-2107” markalı “Jiqulu” avtomobili İran dövlət nömrə nişanlı “Volvo” yük maşını ilə toqquşub.

Məlumata görə, qəzaya səbəb “VAZ-2107”nin əks yola çıxması olub.

Hadisə nəticəsində sürücü, hərbçi X.Gevorkyan hadisə yerində ölüb, iki sərnişin isə yaralanıb.(report.az)

© AzNews.az