“Penitensiar müəssisələrində ciddi problemlər mövcuddur” - Erməni ombudsmanı

"Bizdə ümumi strategiya yoxdur".

“Əsas problem budur ki, aclıq məsələləri və ölüm halları ilə bağlı baş verən hadisələr baxımından, bizdə ümumi strategiya yoxdur”.

Ermənistanın ombudsmanı Arman Tatoyanın bu barədəki fikirlərini “news.am” saytı yazıb.

Onun sözlərinə görə, mövcud məsələlərlə əlaqəli bütün işlər yalnız fərdi hadisələr hallarında müzakirə edilir və prinsipcə, bu yolverilməzdir və kifayət deyil.

“Təəssüf ki, hər belə hadisədən sonra, onun hansı səbəbdən və şəraitdən baş verməsini analiz etmirik və əvvəl-axır bunun səbəbləri öyrənilməlidir”, Tatoyan jurnalistlərlə söhbətində bildirib.

Ombudsman həmçinin qeyd edib ki, tibbi xidmətin göstərilməsi sistemində də ciddi problemlər mövcuddur, xüsusilə penitensiar müəssisələrində. Halbuki, müvafiq müəssisənin əməkdaşları ilə müəyyən işlər aparılıb.

Xatırladaq ki, Ermənistanın “Nubaraşen” həbsxanasında ötən ilin 4 dekabr tarixindən başlayaraq aclıq aksiyası keçirən jurnalist-siyasi məhbus Miger Yegizaryan bunun nəticəsində həyatını itirib. Onun oğlu Vazgen Yegizaryan isə, Ermənistan parlamentinin deputatları da daxil olmaqla, atasının vəziyyətinə biganə qalan baş nazir Nikol Paşinyanı ittiham edib.

Ermənistan ictimaiyyətində bu hadisə birmənalı qarşılanmır və ölkə rəhbərliyi kəskin ittiham hədəfinə çevrilib.(sia.az)

© AzNews.az