- Münaqişə ocağı
- 2 Aprel 2019 16:49
- 1 439
Koçaryanla bağlı növbəti məhkəmə iclasının vaxtı açıqlandı

Robert Koçaryanın məhkəmə prosesi aprelin 4-də baş tutacaq.
Bu barədə Koçaryanın vəkillərinin mətbuat xidmətinin rəhbəri Elen Arakelyan deyib.
Martın 15-də birinci instansiya məhkəməsi Koçaryanın həbs müddətini 2 ay müddətinə uzadıb. Prosesə hakim Ruzanna Barseqyan rəhbərlik edəcək.
Yerli jurnalistlər Ruzanna Barseqyanın keçmiş prokuror Aqvan Ovsepyanın kadrı olduğunu və buna görə Koçaryana qarşı loyal münasibət bəsləyə biləcəyini ehtimal edir.(modern.az)
AzNews.az