Amerikalı ekspert: “ATƏT-in Minsk qrupu...”

"ATƏT-in Minsk qrupu Yerevanın status-kvonu qorumaq mübarizəsində alət olub"

"Avropanın təhlükəsizlik təşkilatları və NATO Cənubi Qafqazda davamlı sülhün yaradılması üçün birgə səylər göstərməlidir".

"Report" xəbər verir ki, bu barədə amerikalı politoloq, Markett Universitetinin (Viskonsin) professoru Piter Teys "Emerging Europe" nəşrində dərc olunan məqaləsində yazıb.

"Danışıqların formatının dəyişməz qalmasına baxmayaraq, ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən təşkil edilən danışıqlar hissolunacaq nəticələr gətirməyib, bununla belə, danışıqlar prosesində yeni impuls var. İlk növbədə, Azərbaycanın tam ərazi suverenliyini təmin etmək və beynəlxalq ictimaiyyəti Ermənistanın qoşunlarını Kəlbəcər, Laçın, Qubadlı, Cəbrayıl, Zəngilan, Ağdam, Füzuli tayonlarından çəkməsi üçün onlara təzyiq göstərməyə inandırmaq lazımdır", - P.Teys yazıb.

Onun fikrincə, Ermənistanın qoşunlarının çıxarılması və təmas xəttində azərbaycanlı əsgərləri gündəlik silahlı təxribatlara çəkməklə mübarizə aparmaqda səmimi xoş istəyi olmadan Cənubi Qafqazda sülhün bərpa edilməsi mümkün deyil.

P.Teys qeyd edib ki, Azərbaycanın torpaqlarında davam edən qarşıdurmalar ölkə əhalisinə təsir göstərməklə, bütün bölgədəki iqtisadi durğunluğa, işğal olunmuş Azərbaycan ərazilərində ekoloji fəlakətə və Ermənistanın milli iqtisadiyyatının inkişafında uğursuzluqlara səbəb olaraq daha çox mürəkkəbləşir.

"Ermənistanın Baş naziri Nikol Paşinyan yaxınlarda "sülh ab-havası"ndan yana olduğunu bildirən bəyanatla çıxış edib, amma işğalçı Ermənistan silahlı qüvvələri Azərbaycanın ərazilərindən tamamilə çıxarılmadan və bu torpaqlardan sürgün edilmiş azərbaycanlıların evlərinə geri dönməsini təşkil etmədən Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması mümkün deyil", - P.Teys yazır.

"Avropanın təhlükəsizlik təşkilatları və NATO Qafqazda davamlı sülhün yaradılması və qanlı qarşıdurmanın nəticələrinin aradan qaldırılması üçün birgə səylər göstərməlidir. Yeravanı Azərbaycanla gələcək danışıqlarda onlara etimadı artıra biləcək hərəkət planı qəbul etməyə razı salmaq lazımdır", - ekspert hesab edir.

"ATƏT-in Minsk qrupunun həmsədrləri Yerevanın status-kvonu daim qorumaq mübarizəsində alət olub", - məqalədə vurğulanır.(report.az)

AzNews.az