Paşinyan Cermuxda etirazlarla qarşılandı

Hökumət başçısı əhalinin etirazları ilə qarşılaşıb

Ermənistanın baş naziri Nikol Paşinyan xarici şirkətlərin mədən sənayesində mənfi nəticələr verən fəaliyyətinə qarşı etiraz edən Cermux sakinləri ilə görüşmək üçün bu rayona səfər edib.

Hökumətin başçısı əhalinin etirazları ilə qarşılaşıb.

Kurort şəhəri olan Cermuxun onlarla sakini Paşinyanın gəlişi ilə bağlı etiraz aksiyası keçiriblər. Onlar Amulsar mədəninin istismarını dayandırmağı tələb ediblər. Baş nazir bildirib ki, onların etirazını başa düşür, amma bu məsələni daha təfsilatı ilə araşdırmaq lazımdır. Bundan sonra sakinlər hökumətin fəaliyyətsizliyinə qarşı şüarlar səsləndiriblər. Onlar ərazidən uzaqlaşan Paşinyanı əhatəyə alaraq ondan təcili tədbirlər görülməsini tələb ediblər. Baş nazir isə iddia edib ki, qızıl mədənlərinin bu ərazidə ətraf mühitə mənfi təsiri azdır.

Aksiya iştirakçılarından biri deyib ki, Nikol Paşinyan artıq xalqın səsini eşitmir. “Əgər o, özünə gəlməsə Serj Sarkisyanın taleyini yaşayacaq, bəlkə də ondan da pis vəziyyətə düşəcək”, -deyə Cermux sakini Qrayr Kostanyan bildirib.(AZƏRTAC)

AzNews.az