Səudiyyə Ərəbistanı hər iki tərəfi atəşi dayandırmağa çağırır Səudiyyə Ərəbistanı hər iki tərəfi atəşi dayandırmağa çağırır

Səudiyyə Ərəbistanı Dağlıq Qarabağla bağlı bəyanat yaydı

Səudiyyə Ərəbistanı hər iki tərəfi atəşi dayandırmağa çağırır

Səudiyyə Ərəbistanı Dağlıq Qarabağ münaqişəsinin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri çərçivəsində həllini dəstəkləyir.

AzNews.az APA-ya istinadən xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyinin Ermənistan və Azərbaycan arasındakı gərginliklə əlaqədar yaydığı bəyanatda bildirilib.

“Səudiyyə Ərəbistanı Krallığının hökuməti Ermənistanla Azərbaycan arasındakı vəziyyəti çox narahatlıqla və diqqətlə izləyir. Səudiyyə Ərəbistanı hər iki tərəfi atəşi dayandırmağa və münaqişəni BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq sülh yolu ilə həll etməyə çağırır”, - deyə bəyanatda qeyd olunub.