Ermənistan 300 PKK üzvünü Qarabağa apardı

Terror təşkilatı PKK / YPG üzvləri Dağlıq Qarabağdakı ermənilərə təlim keçiblər

“Təhlükəsizlik mənbələri Ermənistan tərəfindən son aylarda Dağlıq Qarabağ bölgəsinə təxminən 300 PKK / YPG terrorçusunun gətirildiyini və bu terrorçuların mülki bölgələrə hücumlar təşkil edənlərə təlim verdiklərini bildirilib”.

AzNews.az xəbər verir ki, bu haqda Türkiyə mətbuatı yazıb.

“Güvənli mənbələrindən əldə edilən məlumata görə, Ermənistan, mülki yaşayış məntəqələrinə hücumlardan əvvəl, iyul ayının sonunda terror təşkilatı PKK ilə bir razılaşma imzalayıb.

Razılaşmaya əsasən, təxminən 300 PKK / YPG üzvü terrorçu avtobuslarla Ermənistana və Qarabağa aparılıb.

Terror təşkilatı PKK / YPG üzvləri Dağlıq Qarabağdakı ermənilərə təlim keçiblər.

Həmin şəxslər xüsusilə mülki əhaliyə hücumlarda istifadə olunurdu”.

Səidə

AzNews.az