Yaşayış məntəqələrinin atəşə tutması nəticəsində 22 nəfər həlak olub

Sentyabrın 27-dən Ermənistan silahlı qüvvələri tərəfindən

Ermənistan silahlı qüvvələri tərəfindən əhalinin yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutması nəticəsində baş vermis itkilərlə bağlı son məlumat (27.09.2020-ci il tarixdən - hazıradək (04.10.2020-ci il saat 10:00) açıqlanıb.

AzNews.az Azərbaycan Respublikası Baş Prokurorluğunun Mətbuat xidmətinin müvafiq məlumatını təqdim edir:

Həlak olmuş şəxslərin sayı – 22;

Yaralanmış şəxslərin sayı – 74;

Ziyan dəymiş mülki obyektlərin sayı – 49;

Ziyan dəymiş yaşayış evlərinin sayı - 248.