Düşmənin Bərdə və Tərtəri atəşə tutan “Qrad”ı məhv edilib

Hikmət Hacıyev ”Twitter”də yazıb

Düşmənin Bərdə və Tərtəri atəşə tutan “Qrad”ı məhv edilib.

Məlumata görə, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ”Twitter”dəki paylaşımında məlumat verib.

H.Hacıyev bildirib ki, Azərbaycanın Bərdə və Tərtər şəhərlərinə və mülki insanlara hücum edən Ermənistan ordusunun “Qrad” yaylım atəşli reaktiv sistemi dəqiq idarəolunan raketlə məhv edilib. Bir çox günahsız mülki şəxsin həyatı xilas edilib və mülki infrastruktura dəyə biləcək potensial zərərin qarşısı alınıb.

AzNews.az