- Qayıdış
- 18 Oktyabr 2020 15:08
- 4 310
Ermənilərin PUA-sı Horadiz istiqamətində məhv edildi

Azərbaycan Hava Hücumundan Müdafiə bölmələri tərəfindən aşkar olunaraq məhv edilib
Oktyabrın 18-i saat 13:00-da Horadiz istiqamətində uçuşlar keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus taktiki pilotsuz uçuş aparatı (PUA) Azərbaycan Hava Hücumundan Müdafiə bölmələri tərəfindən aşkar olunaraq məhv edilib.
AzNews.az xəbər verir ki, bu haqda Müdafiə Nazirliyi məlumat yayıb.