Bu, bizə qarşı ardıcıl surətdə üçüncü hərbi təxribat idi Bu, bizə qarşı ardıcıl surətdə üçüncü hərbi təxribat idi

“İlk atəşi Ermənistan açdı”

Bu, bizə qarşı ardıcıl surətdə üçüncü hərbi təxribat idi

“Mülki şəxslər və hərbçilər arasında ilk qurbanlar azərbaycanlılar idi”.

AzNews.az-ın verdiyi xəbərə görə, bunu Prezident İlham Əliyev Almaniyanın ARD televiziya kanalına müsahibəsində jurnalistin “Sizin, “kim birinci atəş açdı” sualına cavabınız nədir?” sualını cavablandırarkən deyib:

Dövlət başçısı bildirib ki, cavab, Ermənistandır və bizim sübutlarımız var:

"Çünki mülki şəxslər və hərbçilər arasında ilk qurbanlar azərbaycanlılar idi. Bu, bizə qarşı ardıcıl surətdə üçüncü hərbi təxribat idi. Birinci, iyul ayında törədildi. O zaman onlar Ermənistan-Azərbaycan sərhədinə hücum etdilər. Bizim mülki şəxslər və hərbi qulluqçular arasında itkilərimiz olmuşdur.

İkinci cəhd avqust ayında baş vermişdir. Ermənistan diversiya qrupu göndərmişdir, onun başçısı tərəfimizdən saxlanılmışdır və o, ifadə vermişdir ki, mülki şəxslərə hücum etmək üçün göndərilmişdir. Üçüncü dəfə sentyabrın 27-də onlar təmas xəttinə yaxın yerləşən bəzi şəhər və kəndləri ağır artilleriya bombardmanına tutdular. Biz cavab verdik və bu, belə başlamışdır”.