“Qarabağdakı zəfər Azərbaycana ana südü kimi halaldır” - Ərdoğan

Fransa erməniləri bu qədər sevirsə öz torpaqlarından Marseli onlara verə bilər

"Azərbaycanlı qardaşlarımızın mübarizəsi nəticəsində artıq bu gün Qarabağ səmalarını köhnə bir bez parça deyil, ay və ulduz bəzəyir. Azərbaycan bayrağı Qarabağda qürurla dalğalanır. Naxçıvan ilə Azərbaycan arasında dəhlizin açılması ilə artıq qardaşlarımızla birbaşa quru yolu bağlantısına da sahib olacağıq. Burada ən çox fayda görəcək yerlərin başında Qars durur. Qarabağda qazanılan qələbə həm beynəlxalq hüquq, həm siyasət, həm də hərbi baxımdan Azərbaycana ana südü kimi halaldır".

AzNews.az xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qarsdaki "Sarıqamış-Karakurt-Xorasan” yolunun açılış mərasimində videobağlantı vasitəsilə çıxışında bildirib.

Türkiyə Prezidenti ATƏT-in Minsk qrupunun həmsədri olan Fransanın parlamenti tərəfindən verilən qərara münasibət bildirərək qeyd edib ki, Fransa erməniləri bu qədər sevirsə öz torpaqlarından Marseli onlara verə bilər.