Qarabağda Qarabağda

Sülhməramlılar peyvənd olunur - Video

Qarabağda

Hərbi həkimlər Dağlıq Qarabağda Rusiya sülhməramlılarını koronavirusa qarşı peyvənd etməyə başlayıblar.

“TASS”ın yaydığı xəbərə görə, bu barədə Rusiya Müdafiə Nazirliyindən bildirilib.

“Rusiya sülhməramlı kontingentinin hərbi həkimləri Dağlıq Qarabağda sülhməramlıları peyvənd etməyə başlayıblar. Bu günlərdə “Sputnik-V” peyvəndinin 2 minə yaxın dozu xüsusi termokonteynerlərdə gələcəkdə istifadə edilməsi üçün xüsusi təyinatlı tibb dəstəsinə gətirilib”, - qurumdan deyiblər.

Vaksinasiya iki mərhələli olacaq: peyvəndin birinci komponentini yanvar ayının sonuna qədər, ikincisini isə fevralın 21-dək bütün sülhməramlılara vuracaqlar. İlk olaraq sülhməramlı kontingentin komandanlığı və hərbi həkimlər peyvənd olunublar.

AzNews.az