"Başa düşürsənmi ki, artıq belə yaşamaq mümkün deyil?" "Başa düşürsənmi ki, artıq belə yaşamaq mümkün deyil?"

“Bizə üzr yox, övladlarımız lazımdır” - Erməni əsgər atası etiraz edib

"Başa düşürsənmi ki, artıq belə yaşamaq mümkün deyil?"

Ermənistanın baş naziri Nikol Paşinyanın keçirdiyi mitinqdə xalqdan üzr istəməsi müharibədə övladını itirən valideynlərin narazılığına səbəb olub.

AzNews.az xəbər verir ki, ermənilərin "qəhrəman" hesab etdiyi topçu Albertin atası Artak Ovanesyan ölkə rəhbərliyinə etirazını bildirib.

“Bizə üzr lazım deyil. Bizə övladlarımız lazımdır. Başa düşürsənmi ki, artıq belə yaşamaq mümkün deyil? Amma sən haradan biləsən? Biz elə bir məqama gəlib çatmışıq ki, bir-birimizi söyürük, bir-birimizi nüfuzdan saldıq. Fərqli zənglər gəlir, hər biriniz fərqli bir şey deyirsiniz. Biz valideynlərin nə istədiyini soruşursunuz? Üzr istəməyinizə ehtiyac yoxdur, uşaqlarımıza ehtiyacımız var", - erməni əsgər atası deyib.(Azvizion.az)

AzNews.az