Müdafiə Nazirliyinin rəhbərliyi hərbi hospitalda olub

Hərbi qulluqçulara Silahlı Qüvvələrin müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin təbrikləri çatdırılıb

Martın 20-də Müdafiə Nazirliyinin rəhbərliyi Novruz bayramı münasibətilə Silahlı Qüvvələrin Baş Klinik Hospitalında olub.

Nazirlikdən AzNews.az-a verilən məlumata görə, əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulub və onun əziz xatirəsi ehtiramla yad edilib.

Rəhbərlik hospitalda müalicə olunan Vətən müharibəsi qaziləri və digər hərbi qulluqçularla görüşərək onların səhhəti və reabilitasiya prosesi ilə maraqlanıb, tezliklə sağalaraq xidmət yerlərinə qayıtmalarını arzu edib.

Hərbi qulluqçulara Silahlı Qüvvələrin müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin təbrikləri çatdırılıb və dövlətimizin başçısı adından bayram sovqatları təqdim edilib.