Aşkar görünən minaların ətrafında gizli basdırılmış minalar aşkarlanır Aşkar görünən minaların ətrafında gizli basdırılmış minalar aşkarlanır

ANAMA-nın əməkdaşı: “Ermənilər çoxlu sayda tələ mina basdırıblar” VİDEO/FOTO

Aşkar görünən minaların ətrafında gizli basdırılmış minalar aşkarlanır

“Ermənilər işğal altında saxladıqları ərazilərə gözlədiyimizdən də çox mina basdırıblar”.

Bunu Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) Horadiz İnzibati Mərkəzinin əməliyyatlar üzrə mütəxəssisi Azər Hüseynov deyib.

Onun sözlərinə görə, bəzən 1 kv.m yerdə 4-5, 100 kv.m yerdə isə 50-60 mina aşkarlanır: “Ermənilər çoxlu sayda tələ mina da basdırıblar. Aşkar görünən minaların ətrafında gizli basdırılmış minalar aşkarlanır”. (Apa)