Həmsədrlər indiyədək Qarabağa Laçından keçərək gediblər Həmsədrlər indiyədək Qarabağa Laçından keçərək gediblər

Edmon Marukyan: "Azərbaycan şərt irəli sürdüyündən həmsədrlər Qarabağa gedə bilmir"

Həmsədrlər indiyədək Qarabağa Laçından keçərək gediblər

“Azərbaycan tərəfi əlavə şərtlər irəli sürdüyündən ATƏT-in Minsk qrupunun həmsədrləri Qarabağa səfər edə bilmir”.

“Novosti Armeniya” xəbər verir ki, bunu aprelin 2-də müxalif İşıqlı Ermənistan Partiyasının sədri, parlamentdəki eyni adlı fraksiyanın sədri Edmon Marukyan bildirib.

“Həmsədrlər indiyədək Qarabağa Laçından keçərək gediblər. Ancaq indi Azərbaycan onların qarşısında şərt qoyub ki, Qarabağa yalnız Ağdamdan keçməklə gedə bilərlər, - o vurğulayıb.(report)

AzNews.az