Kəlbəcərə 145 min ton yük çatdırılıb

Rusiya MN məlumat yayıb

Rusiya sülhməramlıları Kəlbəcər rayonuna 145 ton humanitar yükün çatdırılmasını təmin edib.

Unikal.org xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, sosial obyektlərin, yaşayış evlərinin enerji və su təchizatı sistemlərinin bərpası üçün 15 hərbi KamAZ avtomobili və müşayiətedici nəqliyyat vasitələrindən ibarət Rusiya Humanitar Reaksiya Mərkəzinin on ikinci karvanı Suqovuşan - Kəlbəcər marşrutu üzrə hərəkət edərək 145 ton yükü Kəlbəcər rayonuna çatdırıb.

Yük enerji təchizatı sistemlərinin bərpası üçün qida, tikinti materialları və elektrik avadanlıqları, tikinti avadanlığı və digər materiallardan ibarət olub. Ümumilikdə, Rusiya sülhməramlılarının müşayiəti ilə on iki avtomobil karvanı 2100 tondan çox yük daşıyıb.

Qeyd olunub ki, ötən il 9 noyabr (10 noyabr – red.) tarixində Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış üçtərəfli müqavilənin şərtləri əsasında Azərbaycan tərəfinə yardım göstərilib.