İtaliya nümayəndə heyəti dünən Gəncə şəhərinə də səfər edib İtaliya nümayəndə heyəti dünən Gəncə şəhərinə də səfər edib

“Ermənistan Ağdamı öz ərazisi hesab edirdisə, niyə buranı darmadağın edirdi?” - İtaliya Senatının komissiya sədri

İtaliya nümayəndə heyəti dünən Gəncə şəhərinə də səfər edib

İtaliya Senatının xarici əlaqələr daimi komissiyasının sədri Vito Petroçelli bu gün Ağdama səfər edib.

Bu barədə V. Petroçelli “Twitter” hesabından paylaşım edib.

"Mən Ağdamın qalıqlarını ziyarət etdim. Sual verirəm: Əgər Ermənistan buranı öz ərazisinin bir hissəsi hesab edirdisə, onda nəyə görə buranı darmadağın edirdi?", - deyə o yazıb.

Qeyd edək ki, Vito Petroçellinin rəhbərlik etdiyi İtaliya nümayəndə heyəti dünən Gəncə şəhərinə də səfər edib, Vətən müharibəsi zamanı Ermənistanın raket zərbələri endirdiyi yerlərə baş çəkib.(apa)

AzNews.az