Ermənistan xarici işlər naziri Ara Ayvazyanın gürcü həmkarı Zalkaliani arasında da görüş baş tutacaq Ermənistan xarici işlər naziri Ara Ayvazyanın gürcü həmkarı Zalkaliani arasında da görüş baş tutacaq

Gürcüstanın Baş naziri Ermənistandadır

Ermənistan xarici işlər naziri Ara Ayvazyanın gürcü həmkarı Zalkaliani arasında da görüş baş tutacaq

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Ermənistanda rəsmi səfərdədir.

AzNews.az "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, "Zvartnots" beynəlxalq hava limanında Gürcüstan Baş nazirinin müavini və xarici işlər naziri David Zalkalianinin də olduğu Gürcüstan nümayəndə heyətini Ermənistan Baş nazirinin müavini Tiqran Avinyan qarşılayıb.

Səfər çərçivəsində Qaribaşvili ilə Ermənistanın müvəqqəti Baş naziri Nikol Paşinyanın geniş tərkibdə və təkbətək formatda görüşü planlaşdırılır.

Bundan əlavə, Ermənistan xarici işlər naziri Ara Ayvazyanın gürcü həmkarı Zalkaliani arasında da görüş baş tutacaq.

Qeyd edək ki, bu İrakli Qaribaşvilinin Gürcüstanın Baş naziri təyin olunduqdan sonra Ermənistana ilk rəsmi səfəridir.