"O adamlar bütün qırmızı cizgiləri keçdilər və buna görə mavi çəkicimlə başlarından zərbə alacaqlar" "O adamlar bütün qırmızı cizgiləri keçdilər və buna görə mavi çəkicimlə başlarından zərbə alacaqlar"

"Mavi çəkiclə başınızı əzərəm!" - Paşinyan zəngəzurlu erməniləri HƏDƏLƏDİ

"O adamlar bütün qırmızı cizgiləri keçdilər və buna görə mavi çəkicimlə başlarından zərbə alacaqlar"

"Mənə məlumatlar gəlir ki, bəziləri insanları hədələyərək deyirlər ki, mənim mitinqlərimə qatılsalar, cəzalanacaqlar. Həmin adamlar zəngəzurlulardır. O zəngəzurlulara deyirəm: belə etməyin, yoxsa mavi çəkicimlə başınızı əzərəm".

Aznews.az bildirir ki, Ermənistanın baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyan Sünik (Zəngəzur) vilayətindəki mis-molibden kombinatının rəhbərliyinin açıqlamasına belə cavab verib.

Kombinatın baş direktoru Paraq Yohannes Bhatt bəyanat yayaraq bildirmişdi ki, kombinat həmişə siyasi proseslərdən kənar qalıb, əməkdaşlarının siyasi və vətəndaş mövqelərinin izharına mane olmayıb: "Kombinatımızın əməkdaşlarının mitinqlərə zorla cəlb edilməsi yolverilməzdir və buna imkan verməyəcəyik".

Bhattın açıqlaması Paşinyanı çox sinirləndirib.

"Mən onlara dəfələrlə xəbərdarlıq etmişdim ki, mis-molibden kombinatının əməkdaşlarını siyasi proseslərə qatmasınlar. Amma o adamlar bütün qırmızı cizgiləri keçdilər və buna görə mavi çəkicimlə başlarından zərbə alacaqlar. İstəyirlər şikayət etsinlər, istəyirlər etməsinlər. Bitdi, məsələ həll olunub. Bütün rüşvətxor məmurlara üz tutub deyirəm ki, sakitcə oturub hökmü gözləsinlər", - N.Paşinyan söyləyib.

Sünik vilayətinin sabiq qubernatoru Vahe Hakopyan və daha 6 keçmiş məmur Ermənistanın eks-prezidenti Robert Köçəryanın başçılıq etdiyi "Hayastan" blokunun tərkibində parlament seçkilərinə qatılıblar./Milli.az