Bu barədə Ermənistan mətbuatı məlumat yayıb Bu barədə Ermənistan mətbuatı məlumat yayıb

Erməni general dövlət sirrini açmaqda günahlandırıldı

Bu barədə Ermənistan mətbuatı məlumat yayıb

Ermənistan Baş Qərargahının keçmiş rəisi, general-polkovnik Movses Hakobyan dövlət sirrini açıqlamaqda günahlandırılır.

AzNews.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

O, istifadəyə yararsız zenit silahların alınması, pul israfı, II Qarabağ müharibəsinin üçüncü günü səfərbərliyin dayandırılması planlarını yenidən nəzərdən keçirməsi və Su-30SM qırıcılarının alınmasının mənasızlığından danışdığı üçün təqsirləndirilib.

Qeyd edək ki, general Qarabağdakı müharibənin bitməsindən 10 gün sonra keçirdiyi mətbuat konfransına görə gündəmə gəlmişdi.