"Yaxın vaxtlarda prokurorluq orqanlarının bununla bağlı görəcəyi çox iş var" "Yaxın vaxtlarda prokurorluq orqanlarının bununla bağlı görəcəyi çox iş var"

“44 günlük müharibənin şərtləri ciddi və ətraflı araşdırılmalıdır” - Paşinyan

"Yaxın vaxtlarda prokurorluq orqanlarının bununla bağlı görəcəyi çox iş var"

Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan bu gün 44 günlük müharibənin şərtlərinin ciddi və hərtərəfli araşdırılmalı olduğunu söyləyib.

Aznews.az xəbər verir ki, N.Paşinyan deyib:

“Camaata cavab verilməli olan suallar var. Məhkəmə sistemi çərçivəsində hansı hissənin araşdırılması, hansı sistemin komissiyada və ya qanunvericilikdə nəzərdə tutulmuş digər formatda müzakirə olunacağı ayrı bir məsələdir, lakin qeyd etmək vacibdir ki, 44 günlük müharibənin bütün şərtləri və digər əlaqəli hallar müzakirə edilməli, hüquqi qiymətləndirmə problemi olduğu yerdə araşdırılmalı, hüquqi qiymətləndirməsi verilməlidir”.

Prokurorluq İşçiləri Gününə həsr olunmuş təntənəli iclasda N.Paşinyan “siyasi qiymətləndirmə problemi olan yerdə siyasi qiymətləndirmə verilməlidir” deyib.

Ermənistanın baş naziri vəzifəsini icraçısının sözlərinə görə, yaxın vaxtlarda prokurorluq orqanlarının bununla bağlı görəcəyi çox iş var./Teleqraf