"Cəmiyyət həyəcan içindədir" "Cəmiyyət həyəcan içindədir"

"Ermənistanda cinayətkarlıq artacaq"

"Cəmiyyət həyəcan içindədir"

“Ermənistanda cinayətkarlıq artacaq, çünki onun inkişafı üçün əlverişli olan hər cür şərait yaradılıb”.

Bunu Ermənistan polisinin sabiq rəis müavini, vəkil Hovannes Koçaryan “News.am”a müsahibəsində bildirib.

"Mövcud cinayət faktorları azalmır, azaldılmır, aradan qaldırılmır, qanunauyğunluğa çevrilir və onlar üçün bütün əlverişli şərait yaradılıb. Cinayətkarlığın azaldılması, cinayət faktorlarının zərərsizləşdirilməsi haqqında danışmağımız üçün ictimai həyatımızda bir sıra müsbət dəyişikliklər, buna gətirib çıxaracaq müsbət yeniliklər etməliyik", - o deyib.

Koçaryan qeyd edib ki, o, optimist proqnozlar üçün ilkin şərtləri görmür.

"Cəmiyyət həyəcan içindədir, problemlər ağırlaşır, sosial ziddiyyətlər artır, siyasi sistemdə, cəmiyyətdə də qarşıdurma hökm sürür və bunun fonunda cinayətkarlığın azaldılmasından söhbət gedə bilməz", - Ermənistan polisinin sabiq rəis müavini deyib.

Qeyd edək ki, Ermənistanın Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, ötən illə müqayisədə bu il həm ölkənin regionlarında, həm də Yerevanda cinayət hadisələrinin sayı artıb.