- Qayıdış
- 9 Dekabr 2021 18:17
- 7 456
Ermənistan ordusu Kəlbəcər istiqamətində növbəti təxribata əl atıb

Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır
Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Kəlbəcər rayonu sahəsində növbəti təxribata əl atıb.
Aznews.az xəbər verir ki, Müdafiə Nazirliyindən verilən xəbərə görə, dekabrın 9-u saat 15.00 radələrində Ermənistan hərbi bölmələri Basarkeçər rayonu istiqamətində yerləşən döyüş mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonundakı mövqelərini atəşə tutub.
Ordumuzun bu istiqamətdə yerləşən bölmələri tərəfindən müvafiq tədbirlər görülüb.
Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.