- Qayıdış
- 26 Yanvar 2022 12:44
- 5 253
Paşinyan yenidən koronavirusa yoluxdu
Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb
Ermənistanın Baş naziri Nikol Paşinyan koronavirusa yoluxub.
Bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Baş nazir xəstəliyi simptomsuz keçirir. O, özünü təcrid edib və fəaliyyətini distant formada davam etdirəcək.
Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan artıq ikinci dəfədir koronavirusa yoluxub. Onda birinci yoluxma halı 2020-ci ilin iyun ayında qeydə alınıb. (report)