"O, tərəfləri təmkinli və aqressiv davranmamağa çağırır" "O, tərəfləri təmkinli və aqressiv davranmamağa çağırır"

BMT-nin Baş katibi Qarabağdakı vəziyyətdən narahatdır

"O, tərəfləri təmkinli və aqressiv davranmamağa çağırır"

BMT-nin Baş katibi Antonio Quterreş Qarabağ bölgəsində hərbi əməliyyatlar haqqında məlumatlardan dərin narahtlıq keçirir.

Aznews.az xəbər verir ki, bunu BMT-nin sözçüsü Stefan Djuarrik jurnalistlərə açıqlamasında deyib.

"BMT Baş katibi Qarabağ ətrafında gərginlikdən dərin narahatlığını bildirib. Bu cür xəbərləri təsdiqləmək iqtidarında olmadığımız halda, tərəfləri təmkinli və aqressiv davranmamağa çağırır".